Rusiya martın 11-də internetini xarici dünyaya bağlayacaq

Rusiya martın 11-də internetini xarici dünyaya bağlayacaq

Bütün rus saytlarına müraciət edən rəsmi dairələr martın 11-də internetini xarici dünyaya bağlayacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu addımla Rusiya keçən yay sınaqdan keçirdiyi kimi interneti öz nəzarəti altına ala bilər. ABŞ-da yerləşən texnologiya şirkətləri başda olmaqla bir çox ölkənin texnologiya sanksiyalarına məruz qalan Rusiya martın 11-də xarici dünya ilə internet bağlantısını tamamilə bağlaya bilər. Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyinin 5 mart 2022-ci il tarixli elanında rus saytlarından RuNet ilə rus domen adlarına (.ru uzantılı ünvanlar) keçid tələb olunub. Bu saytlardan serverlərini Rusiyaya köçürmələri istənilərkən, DNS olaraq yalnız Rusiya DNS-lərindən istifadə edilməsinə çağırış edilib. Edilən açıqlamada sözügedən saytların 11 Mart tarixinə qədər serverlərini Rusiyaya köçürmələri, poçt uzantılarının RuNet-ə qoşulması və Rusiyanın DNS-dən xidmət göstərərək xidmət göstərmələri istənilib. Bəyanatda xarici mənbələrdən Rusiya saytlarına endirilən şablon və kodların silinməsi də tələb olunub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə