Sumi Qubernatorluğundan verilən açıqlamada, gecə saatlarında Rusiya ordusunun hücumu nəticəsində 4 Ukrayna əsgərinin həyatını itirdiyi və mülki vətəndaşların itki verdiyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın Ukraynaya hücumları gecə boyu davam etdi. Sumi qubernatoru gecə saatlarında Sumi bölgəsinin Rusiya təyyarələrinin hücumuna məruz qaldığını və toqquşmalarda 4 Ukrayna əsgərinin həyatını itirdiyini açıqlayıb. Qubernator deyib ki, “Sumi bölgəsi üçün çətin gün idi. Rusiya təyyarələri Sumi bölgəsində mülki yaşayış məntəqələrinə zərbələr endirib. Ölən və yaralananlar, o cümlədən uşaqlar var. Xilasetmə qrupları ərazidə işlərini davam etdirir. Uşaqların öldürüldüyü, üzərinə bombaların atıldığı müharibədə hansı qaydalardan danışmaq olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə