Aktrisa ölümdən döndü

Türkiyəli aktrisa Nurgül Yeşilçay yanvar ayında "Son nefesime kadar" serialının çəkiliş meydançasında bədbəxt hadisə ilə üzləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, serialda polis obrazını canlandıran 45 yaşlı aktrisanın səhnədə cinayətkarı tutmaq istəyərkən əyləc əvəzinə qaza basdığı ​​iddia edilib.

Bir uşaq anası Nurgül Yeşilçayın qəzadan sonra yalnız dodağının partladığı və qəzadan xilas olduğu bildirilib.
İndi isə Nurgül Yeşilçayın istifadə etdiyi avtomobillə qəza törətdiyi məlum olub.

Nurgül Yeşilçay paylaşdığı fotoya bu qeydi yazıb, “Bir müddətdir ortalıqda deyiləm! Çünki xəstəxanalarda əziyyət çəkirdim! Öz maşınımla böyük bir qəzadan sağ çıxdım! Ağzımda və çənəmdə tikişlər var!”

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə