Procter & Gamble də Rusiyadakı fəaliyyətini dayandırır?

Procter & Gamble də Rusiyadakı fəaliyyətini dayandırır?

Amerikanın Procter & Gamble (P&G) transmilli korporasiyası Rusiya Federasiyasında kapital qoyuluşlarını və reklam fəaliyyətini dayandırmaq qərarına gəlib.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, Procter & Gamble-in məlumatına görə, şirkət “portfelini gündəlik həyatlarında onlardan asılı olan bir çox rus ailələrinin ehtiyac duyduğu əsas sağlamlıq, gigiyena və şəxsi qayğıya yönəlmiş məhsullar üzrə” əhəmiyyətli dərəcədə azaldacaq.

Qeyd edək ki, şirkət Rusiyanı uşaq bezləri, qadın gigiyena vasitələri, təraş məhsulları, şampunlar və yuyucu vasitələr təmin edirdi.

Bir daha xatırloadaq ki, bundan bir qədər əvvəl Ukraynadakı hadisələrə və Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalara reaksiya verən onlarla xarici firma Rusiya bazarından müvəqqəti “çəkildiyini” elan edib.

Nazlı Babayeva

Bütün xəbərlər Facebook səhifəmizdə