“Taliban” elə bil öz xalqına qənim kəsilib

BMT: “Taliban” hakimiyyətə gələndən bəri Əfqanıstanda 397 mülki şəxs öldürülüb
“Taliban” elə bil öz xalqına qənim kəsilib

"Taliban” hakimiyyətə gələndən bugünədək Əfqanıstanda 397 mülki şəxs öldürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet bildirib.

Bununla yanaşı, 756 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ali Komissar vurğulayıb ki, Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin 100-dən çox keçmiş üzvü və ya onların ailə üzvləri məhkəmədənkənar edam edilib.

Baçelet diqqəti iqtisadi, sosial və mədəni hüquqların tam şəkildə həyata keçirilməsinə ciddi təsir göstərən dağıdıcı humanitar və iqtisadi böhrana çəkib. Onun sözlərinə görə, hazırda əhalinin yarıdan çoxu həddindən artıq aclıqdan əziyyət çəkir, ölkədə insan alveri və erkən nikahların sayı artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə