Rusiya Kiyevə hücumu təşkil etmək üçün qoşun yığır?

Rusiya Kiyevə hücumu təşkil etmək üçün qoşun yığır?

Ötən gün Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Rusiya aviasiya və raket zərbələrinin dəstəyi ilə hücum əməliyyatını davam etdirib, bu günlərdə Kiyevin mühasirəyə alınmasına diqqət yetirəcəyini bildirir.

“UNİAN” saytına istinad edən SİA gün ərzində rus qoşunlarının Kiyevə hücum təşkil etmək üçün yenidən qruplaşdığını ehtimal edir.

Ukrayna saytının yazdığına görə, Rusiya tərəfi bu məqsəd üçün xüsusi təyinatlı Rusiya Qvardiyasının Ramzan Kadırov (Qroznı) adına alayın, Kuzbass Xüsusi Təyinatlı Qüvvələrinin (Kemerovo) 27-ci dəstəsinin, Milli Qvardiyanın "Vityaz" (Moskva) Xüsusi Təyinatlı Qüvvələri mərkəzinin 604-cü bölməsinin artıq Ukraynaya gətirildiklərini bildirir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bütün bunlara baxmayaraq rus ordusundakı canlı qüvvə və hərbi texnikanın böyük itkisinə görə ruhdan düşdüyünü və hətta bəzi ərazilərdə fərariliyə əl atdıqlarını da bildirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə