Avropa İttifaqına (Aİ) daxil olan ölkələr Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.
SİA rus saytına istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Avropa dövlətləri Rusiyaya qarşı hərbi sahədə istifadə olunan texnologiyalara əlavə məhdudiyyətləri özündə əks etdirən yeni sanksiyalar paketi hazırlamağa yaxındırlar.
Məlumata görə, yeni sanksiyaların bəziləri bu gün – martın 8-də tətbiq oluna bilər.
Qeyd edək ki, bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyen İtaliyanın baş naziri Mario Draqi ilə yeni sanksiyalar paketini müzakirə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB