Estoniyada Ukraynaya dəstək üçün nəhəng təşkilatlar vasitəsilə 5,9 milyon avro ianə toplanıb.
SİA xəbər verir ki, bu barədə məlumatı Estoniya Qızıl Xaç Cəmiyyəti yayıb.
Bildirilib ki, vəsaitin toplanması üzrə müxtəlif kampaniyaları “Eesti Pagulasabi” (“Qaçqınlara yardım”), “Mondo”, Ukrayna Mədəniyyət Mərkəzi, Estoniya Qızıl Xaç Cəmiyyəti və Milli Müdafiə İnkişafı Fondu həyata keçirir.
Estoniya Qızıl Xaç Cəmiyyətinin nümayəndəsi Liys Erminger qeyd edib ki, ianələrin toplanması davam edir və yığılan əşyalar toplama məntəqələrindən Qırmızı Xaç Cəmiyyətinin anbarlarına çatdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB