Cənubi Koreya və Yaponiya Rusiyaya səyahəti qadağan etdi

Bu ölkələrin xarici işlər nazirliklərindən verilən məlumata görə...
Cənubi Koreya və Yaponiya Rusiyaya səyahəti qadağan etdi

Cənubi Koreya 8 mart tarixindən etibarən öz vətəndaşlarının Rusiya və Belarusun Ukrayna ilə həmsərhəd bölgələrinə səyahətini qadağan etmək qərarına gəldiyini açıqlayıb.

SİA xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra meydana gələn təhlükəsizlik riski və sanksiyalar səbəbiylə bir çox ölkə vətəndaşlarına səyahət problemi yaranıb.

Cənubi Koreya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, “4-cü səviyyə xəbərdarlığı” çərçivəsində vətəndaşların Rusiya və Belarusun Ukrayna ilə həmsərhəd bölgələrinə səyahətinin qadağan edildiyi bildirilib.

Qadağanın 8 martdan qüvvəyə minəcəyini bildirən nazirlik səyahət xəbərdarlığının əhatə etdiyi bölgələrə gedən Cənubi Koreyalıların müvafiq qanunlar çərçivəsində cəzalandırıla biləcəyini qeyd edib.

Yaponiya isə öz vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib. Ölkənin Xarici İşlər Nazirliyi Ukraynaya müharibə elan edən Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyini əsas gətirərək Ukraynaya səfərdən yayınmağı istəyib.

“Visa” və “Mastercard” maliyyə şirkətlərinin Rusiyadakı fəaliyyətini dayandırmasının “yaşayış şəraitini çətinləşdirdiyi” qeyd edilərək xəbərdarlıqda hər hansı səbəbdən Rusiyaya səfər etməmək tövsiyə edilib.

Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynaya hücuma keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə