Rus əsirlərini Ukraynada nə gözləyir?

Ukraynanın daxili işlər nazirinin müavini Anton Qeraşenkonun dediyinə görə, Ukrayna hərbçiləri 2 minədək rus döyüşçünü əsir götürüb
Rus əsirlərini Ukraynada nə gözləyir?

Gərək ki, bir müddət bundan əvvəl Ukrayna Xüsusi Əməliyyat Qüvvələri komandanlığı xəbərdarlıq edib bildimişdi ki, Ukraynada şəhər və yaşayış məntəqələrini atəşə tutan rus artilleriyaçıları və ümumiyyətlə bütün rus hərbçiləri daha bizdən imdad gözləməsinlər.

Yəni bundan sonra əsir düşən rus hərbçilərini sağ buraxmayacağıq. Ukrayna komandanlığının dediklərindən belə başa düşülürdü ki, əsir düşən rus əsgərinin nə mərhəmət diləməsi, nə də “lütfən öldürmə, təslim oluram” deməsi keçməyəcək: "...Hər ekipaj, fərqi yoxdur: komandir, sürücü, topçu, yükləyici, donuz kimi gəbərdiləcək”.

Budur, SİA-nın UNİAN-dan əldə etdiyi məlumatda Ukraynadakı müharibənin birinci günündən bəri Rusiya ordusunun 2 min nəfərədən artıq rus hərbçisinin əsir götürüldüyü barədə material yer alıb. Təbii ki, bu əsirlər arasında könüllü təslim olanlarım da olduğu istisna edilmir.

Yer gəlmişkən, bunu Ukraynanın daxili işlər nazirinin müavini Anton Qeraşenko da təsdiqləyir.

İndi maraqlıdır, görən, bu günə qədər dəqiq uçotu belə aparılmayan rus əsirlərini Ukrayna Xüsusi Əməliyyat Qüvvələri komandanlığının dediyi aqibət gözləmir ki?

...Nə bilmək olar, bəlkə də əsirlərlə bağlı bu xəbər qarşı tərəfin dezinformasiyası da ola bilər...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə