"Sanksiyalar Rusiya ilə əməkdaşlığımıza təsir etməyəcək"

"Sanksiyalar Rusiya ilə əməkdaşlığımıza təsir etməyəcək"

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı bir daha İranın sanksiyalar siyasətinə qarşı olduğunu bəyan edib

SİA Rusiya saytlarına istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bu arada “İnterfaks” İranın xarici işlər nazirinin sözlərini sitat gətirib: “İranın heç bir ölkə ilə, o cümlədən Rusiya ilə əməkdaşlığına sanksiyalar atmosferi təsir etməməlidir”.

Bundan əlavə, Abdollahian Tehranın "Vyanada yaxşı və uzunmüddətli razılığa" (nüvə sazişi üzrə) nail olmaq üçün "ciddi çalışır"0deyı bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə