Bir müddət əvvəl başa çatan Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski baş tutan dialoqdan gözləntilərin özünü doğrultmadığını bəyan edib.
Medinskinin sözlərinə görə, dialoq zamanı daha çox humanitar dəhlizlərin işi ilə bağlı məsələlər müzakirə olunub.
SİA-nın rus mənbələrinə istinadən verdiyi xəbərə görə, Rusiya nümayəndə heyətinin rəhbəri bu məsələlərdə Ukraynaya güvənmədiyini də dilə gətirib. Belə ki, onun sözlərinə görə, humanitar dəhlizlərin işi ilə bağlı razılaşmalar bundan əvvəl də əldə olunmasına baxmayaraq, amma həmişə Ukrayna silahlı qüvvələri tərəfindən pozulub.
Siyasi və hərbi aspektlər üzrə müzakirələrin davam etdirildiyini də deyən Medinski “...bununla belə, asan deyil və müsbət nə isə danışmaq hələ tezdir”-deyə etiraf edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB