Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis martın 13-də Türkiyədə sǝfǝrdǝ olacaq. SİA-nın əldə etdiyi məlumata görə, o, Türkiyǝyǝ sǝfǝri çǝrçivǝsindǝ İstanbulda Fənər Yunan Patriarxlığında keçiriləcǝk mərasimə gedəcək, sonra ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.
İki liderin əsas gündəm mövzusunun Rusiya-Ukrayna böhranın olacağı gözlǝnilǝn görüşdə Türkiyə-Yunanıstan münasibətləri və digər regional mǝsǝlǝlǝr də müzakirǝ olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB