Ukraynada hərbi əməliyyatlarla əlaqədar ölkədən qaçqın düşən insanların sayı 1,7 milyon nəfərə çatıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) yayıb.
Məlumatda qeyd edilib ki, qaçqınların 60 faizi Polşaya sığınıb.
Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətlər Federasiyası isə münaqişənin “qarşıdakı illər ərzində Avropada ən böyük humanitar fövqəladə vəziyyətə“ çevrilə biləcəyinə dair xəbərdarlıq edib.
Təşkilatın prezidenti Françesko Rokka bildirib ki, istər Ukrayna hüdudları daxilində, istərsə də ölkədən kənarda qaçqınların yardıma ehtiyacı olduqca böyükdür.
F. Rokka, eyni zamanda, Qırmızı Xaç kimi beynəlxalq bitərəf yardım təşkilatlarının əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasını və onların mülki əhali ilə təmasına şərait yaradılmasını tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB