Ukraynada bir xanım rus ordusunun bombardmanından xilas olub sığınacaqlara düşənlər üçün skripka çalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, skripkaçı məşhur “Ay işığı gecəsi (Niç Yaka Msyaçna)” mahnısını ifa edib. Rusiyanın Ukraynaya qarşı 12 günlük hücumlarından qaçan dinc sakinlər sığınacaqlarda həyatda qalmağa çalışırlar. Sığınacaqda lentə alınan video sosial şəbəkələrdə maraqla qarşılanıb.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB