Elm adamları, ən az yeddi il kosmosda qaldıqdan sonra keçən cümə günü saat 15:00 radələrində bir raket parçasının Aya 9288 km/saat sürətlə düşdüyünü düşünürlər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, raketin buraxılmasından sonra atılan fraqmentin ən azı yeddi il dolaşdıqdan sonra keçən cümə günü Ayın görünməz hissəsindəki Hertzsprunq kraterinə dəydiyi təxmin edilir. Elm adamları toqquşmanın enerjisinin 20 metr enində krateri aça biləcəyinə inanırlar. Toqquşma nəticəsində yüzlərlə kilometr hündürlüyə çatan toz buludu yarana bilər.
Alimlər hesab edirlər ki, ilk dəfə kosmik tullantılar Ayın səthinə düşüb. Lakin toqquşma Ayın uzaq tərəfində baş verdiyi üçün elm adamlarına kraterin yerini müəyyən etmək, toqquşmanı təsdiqləmək və bəlkə də toqquşmanın mübahisəli səbəblərini aça biləcək ipuçlarını tapmaq aylar çəkə bilər.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB