Bütün dünya Rusiyanın Ukraynaya təcavüzünə reaksiya verərkən, nüvə müharibəsi təhlükəsinə qarşı tədbirlər davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu tədbirlərdən biri İngiltərə kraliçası II Yelizavetaya tətbiq olunub.
95 yaşlı Kraliça Elizabet və ailəsinin mümkün nüvə fəlakəti zamanı istifadə edəcəyi qaçış planı ortaya çıxıb. Rusiyanın Ukraynaya təcavüzündən sonra dünyanı bürüyən nüvə müharibəsi böhranı bütün ölkələri təşvişə salıb. İngiltərə kraliçası Elizabetin mümkün nüvə hücumu zamanı necə qorunacağı da açıqlanıb.
Təhlükə gğzlənilən an Kraliça və ailəsini super yaxta Britanniaya aparacaq və ya gizli bunkerə yerləşdiriləcək. Ailə üzvlərindən heç biri öz rəsmi iqamətgahında gizlənməyəcək. Parlament üzvləri də Bath şəhərindəki sığınacağa aparılacaq. Baş nazir ölərsə kraliça bu üzvlər arasından yeni lider təyin edə biləcək.
Qeyd edək ki, Rusiyanın ən azı 6225, ABŞ-ın isə 5550 nüvə başlığı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB