Rusiyanın Ukrayna ərazisinə qarşı başlatdığı hərbi əməliyyat davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, mülki əhalinin təxliyəsi üçün atəşkəs qərarı ikinci gün dayandırılıb.
Rusiya mühasirəsindən qurtula bilən mülki şəxslər Avropa ölkələrinə gedirlər. 18-60 yaş arası kişilər öz ölkələrində qaldıqları halda, qadınlar və uşaqlar qonşu ölkələrə, xüsusən də Polşaya qaçırlar. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, ilk 10 gündə 1,5 milyondan çox qaçqın Ukraynanı tərk edib və bu, İkinci Dünya Müharibəsindən sonra ən sürətlə böyüyən qaçqın böhranı olub.
Paytaxt Kiyev yaxınlığındakı İrpin şəhərində rus əsgərləri tərəfindən raket və bombalardan istifadə edilib. Küçələrə düşən bombalar münaqişədən qaçmağa çalışan çoxlu sayda mülki vətəndaşın həyatına son qoyub. Avropanın əsas tranzit mərkəzlərindən biri olan Lvovdakı qatar stansiyası gecə-gündüz müharibədən qaçan qadın və uşaqlarla doludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB