Rus adı altında "talanan" türk sərvətləri...

Deyəsən, həmişə olduğu kimi, bu dəfə də ilk "sınan" Fransa olacaq...
Rus adı altında "talanan" türk sərvətləri...

"Artıq Rusiyaya qarşı tətbiq edilən sanksiyalar əks effekt verməyə başlayıb".

Deyim ki, bu fikirləri Rusiyanın "ren.tv" saytı “France Info” nəşrinə istinadən bildirir. Beləliklə, SİA-nın əldə etdiyi məlumata görə, Fransa nəşri Rusiya Federasiyası ilə əlaqələrin kəsilməsinin Paris üçün ciddi nəticələr verməyə başladığını artıq etiraf etməyə başlayıb.

Belə ki, nəşrdə yer alan material müəllifləri Fransanın Rusiyadan strateji əhəmiyyətli xammal tədarükündən, o cümlədən aviasiya və avtomobil sənayesində istifadə olunan əlvan metallardan asılı olduqlarını etiraf etməyə başlayıblar.

Yazıda vurğulanır ki, Rusiyanın Fransaya ixracının böyük hissəsi son vaxtlar dəmir filizi və alüminium olub. Bu metallar arasında Fransa avtomobilləri üçün katalitik çeviricilərin, aviasiya sənayesi üçün titan, nikel, kobalt, volfram, platin və mis istehsalı üçün zəruri olan Rusiya palladiumunu da var.

“France Info” nəşrində qeyd edildiyi kimi, Fransa qalıq enerji mənbələrindən asılılığını azaltsa da, Rusiyadan gələn kömür onun üçün “dadlı loxma” olmaqda davam edir. Belə ki, təkcə 2020-ci ildə Fransaya idxal olunan kömürün təxminən 30 faizi Rusiyadan gətirilib.

Yeri gəlmişkən, sən demə, bir müddət bundan əvvəl Misirin “Noonpost” nəşri ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaların heç bir nəticəyə verməyəcəyi barədə dünyanı "məlumatlandırıbmış".

Deyim ki, bunu da rus saytı ...elə-belə xatırladır. Hətta inandırıcı görünməsi üçün Mayakovskıdən "--alın a, yana-yana qalın a..." misrasını da sitat kimi gətirmir və belə görünür ki, hələlik ehtiyatda saxlayır.

P.S: Xatırlama üçün nəzərinizə çatdırım ki, Fransanın Rusiyadan aldığı sadalanan əlvan və ya qeyri-əlvan təbii metallar 1571-ci ildə Yermak tərəfindən qəsb edilən qədim türk torpaqları olan Saxada çıxarılır. Onu da diqqətinizə çatdırım ki, ərazisinə görə Fransadan 5 dəfə böyük olan Saxa Respublikası (ruslar bu dövləti türk adıyla çağırmağa ehtiyatlanırlar) bitib tükənməyən təbii sərvətlərlə doludur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə