ABŞ dövlət katibi Entoni Blinken hazırda ABŞ və Avropa İttifaqı Rusiyaya təzyiqi artırmaq üçün əlavə tədbirlər paketi hazırlandığını bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Ukraynada keçirdiyi hərbi xüsusi əməliyyatla bağlı artıq Moskvaya “fövqəladə təzyiq” edilib. SİA xəbər verir ki, dövlət katibinin bu fikirlərini CNN yayımlayıb.
Qeyd edək ki, Blinken xüsusilə, Vaşinqton və Brüsselin Rusiya neftindən imtina etməkdə israrlı olduqlarını bir daha xatırladıb. Xatırladaq ki, bundan əvvəl o “bu ölkənin ərazisində amerikalılara yardım göstərmək imkanını itirməmək” üçün Rusiya Federasiyası ilə diplomatik münasibətlərin saxlanmasının zəruriliyini də etiraf etmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB