Rus qoşunları Ukraynada 211 məktəbi dağıdıblar

Rus qoşunları Ukraynada 211 məktəbi dağıdıblar

"...Ukraynada müharibə başlayandan bəri rus qoşunları 211 məktəbi dağıdıb və ya zədələyiblər.

SİA xəbər verir ki, bunu Ukraynanın təhsil və elm naziri Serxi Şkarlet “Ukrinform”un müxbirinin bu mövzu ilə bağlı suallarını cavablandırarkən deyib.

Nazir daha sonra bu gün Ukraynada Rusiyanın mülki şəxslərə qarşı cinayətlərini, o cümlədən təhsil infrastrukturu ilə bağlı cinayətlərini qeyd edəcək interaktiv xəritə yaradılmağa başladığını da bildirib.

Bu gün Rusiya qoşunlarının ölkədəki əsas infrastrukturlarını atəşə tutub məhv etdiklərini bildirən Şkarlet artıq ölkəsinin rəsmi olaraq Rusiya Federasiyasına qarşı Haaqa Beynəlxalq Məhkəməsində iddia qaldırdığını da bəyan edib.

Onun sözlərinə görə, artıq . Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Ukraynadakı vəziyyətlə bağlı araşdırmaya başlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə