Xarkov vilayətindəki Çuqev şəhəri azad edilib

Xarkov vilayətindəki Çuqev şəhəri azad edilib

Ukrayna hərbçiləri Xarkov vilayətinin Çuqev şəhərini azad edib. SİA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Müdafiə qüvvələri cənub, şərq və şimal istiqamətlərində müdafiə əməliyyatını davam etdirir. Döyüş əməliyyatları zamanı Çuquyev şəhəri azad edilib.”

Həmçinin Rusiya Silahlı Qüvvələrinin dəniz piyada korpusunun 61-ci əlahiddə briqadasının komandiri, polkovnik-leytenant Dmitri Safronov və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hava-Desant Qüvvələrinin 11-ci əlahiddə hücum briqadası komandirinin müavini, polkovnik-leytenant Denis Qleblovun öldürüldüyü deyilir.

Bundan əlavə Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə bir neçə uğurlu əks-hücum həyata keçirdiyi də bildirilir. . Belə ki, bunun nəicəsində rusların 40-a yaxın şəxsi heyətin, 8 piyada döyüş, 1 MTLB, bir “Ural” yük maşınının, bir yolsuzluq avtomobili və artilleriya sistemlərini itirdikləri bildirilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə