Hücum zamanı Suriyada 13 hərbçi həlak olub və xeylisi də yaralanıb

Hücum zamanı Suriyada 13 hərbçi həlak olub və xeylisi də yaralanıb

Suriyada hərbçiləri daşıyan avtobusa hücum edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd edilir ki, hücum dünən yerli vaxtla saat 13:30-da Palmira yaxınlığındakı səhra bölgəsində həyata keçirilib. Hadisə zamanı aralarında zabitlərin də olduğu 13 hərbçi həlak olub, daha 18 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə