İrpendə evakuasiya zamanı yerli sakin Tatyana Perebeinos və onun iki uşağı öldürülüb. Qeyd edək ki, SİA bu barədə hazırda ABŞ-da yaşayan belaruslu iş adamı Mikita Mikado İnstaqram səhifəsində yer alan məlumata istinad edib: "Bu, Tatyana Perebeinosdur. O, iki uşağı ilə birlikdə İrpindən təxliyə zamanı minaatan mərmisinə tuş gəlib. Tatyana İT startapında maliyyəyə cavabdeh idi. Bizi bu startapda investor olmağım əlaqələndirdi. Təəssüf ki, onun ailəsi xəstə anaya görə İrpendən daha əvvəl ayrıla bilməmişdi”.
Qeyd edək ki, bundan bir qədər əvvəl şəhər meri Aleksandr Markuşin İrpindən dinc sakinlərin təxliyyəsi zamanı rus işğalçılarının 8 nəfəri öldürdüyünü də bildirmişdi. Onun dediyinə görə, ölənlərin 4 nəfəri bütöv bir ailənin üzvlərini olublar: iki uşaq və iki böyük.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB