“...Bu gün ABŞ Çinin dövlətlərin suverenliyi ilə bağlı öz mövqeyini bildirəcəyini gözləyir. Biz hələ də, Pekinin Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı öz sözünü deyəcəyini gözləyirik”.
SİA rus mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken CNN telekanalına açıqlama verərkən bildirib.
“...Çinin daha əvvəl dediklərini nəzərə alsaq, onlar danışacaq və səslərini də eşitdirəcəklər"-deyən Blinken bu günkü şəraitdə Çinin səsinin çox önəmli olduğunu da etiraf edib.
Qeyd edək ki, amerikalı dövlət katibi ÇXR-in Ukrayna ilə bağlı açıqlama verəcəyinə ümid etdiyini də gizlətməyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB