Rus saytlarının yazdığına görə, həyat yoldaşını maşınının yük yerində Macarıstana aparmağa cəhd edən ukraynalı qadın... elə əri ilə birgə də saxlanılıblar.
Sonradan SİA-nın da əldə etdiyi məlumata görə, hadisənin Transkarpatiyanın Mukaçevo şəhəri yaxınlığında baş verdiyi məlum olub. Belə ki, qadının “Lexus” markalı avtomobilinin yük yerində gizlənmiş ər ukraynalı sərhədçilərin yoxlama aparacağından duyuq düşərək qaçmağa cəhd edib.
Lakin sərhədçilər onu tuta biliblər. İndi qadını 5 ilə qədər həbs, onun qaçmaq istəyən “dezertir” ərini isə “ön cəbhə” gözləyir.
Yeri gəlmişkən bildirək ki, bu gün Ukraynada 18-60 yaş arası kişilərin Ukraynadan çıxması yasaqlanıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB