"Bizim desantlar Ukraynada döyüşmürlər..."

Bunu Belarusun Müdafiə Nazirliyi rəsmi olaraq bəyan edir
"Bizim desantlar Ukraynada döyüşmürlər..."

Belarusun Müdafiə Nazirliyi Ukraynada döyüşdüyü iddia edilən belarus paraşütçüləri ilə bağlı yayılan növbəti xəbəri saxtakarlığı adlandıraraq təkzib edib.

SİA Belarus ediasında təkziblə bağlı verilən yazıya diqqət çəkib: "...Hərbi idarə, əlbəttə, fəxr edir ki, belarus paraşütçüləri son vaxtlar dünya mediasında xüsusilə populyarlaşdırıblar".

Bu gün Müdafiə Nazirliyi Belarusun bütün Silahlı Qüvvələr kimi desantların da ölkədə olduğunu və ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müəyyən etdiyi missiyaya uyğun olaraq tapşırıqları yerinə yetirdiyini vurğulayıb. Qeyd edək ki, bunu da Belarus Müdafiə Nazirliyi bəyan edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə