Rusiya və Ukrayna... itki məlumatlarını paylaşıblar

Rusiya və Ukrayna... itki məlumatlarını paylaşıblar

Beləliklə, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətindəki hərbi bazanı ələ keçirdiyini açıqlayıb.

SİA-nın Türkiyə mediasından əldə etdiyi məlumata görə, nazirlikdən verilən məlumatda bildirilir: “Rusiya hərbçiləri Xerson vilayətinin Radensk kəndi yaxınlığındakı Ukrayna hərbi bazasını nəzarətə götürüb. Ukrayna əsgərləri hərbi-texniki vasitə və silahlarla bazanı tərk edərək qısa zamanda mövqelərini tərk ediblər”.

Nazirliyin sözçüsü İqor Konaşenkov sözügedən mövzu ilə bağlı deyib: “Əməliyyatın başladığı 24 fevraldan indiyədək Ukrayna ordusunun 2119 hərbi infrastruktur obyekti dağıdılıb. Bunlara 74 komanda və rabitə mərkəzi, 108 hava hücumundan müdafiə raket sistemi S-300, Buk M-1, Osa və 68 radar stansiyası daxildir. 69 döyüş təyyarəsi quruda, 21 döyüş təyyarəsi havada vurulub. 748 tank və zirehli texnika, 76 çoxbarelli reaktiv yaylım atəşi, 274 artilleriya və minaatanlar, 532 xüsusi təyinatlı hərbi texnika və 59 pilotsuz uçuş aparatı məhv edilib”.

... Ukrayna Baş Qərargahı da məlumat paylaşaraq bildirib: “Ukrayna ilə Rusiya arasındakı müharibədə 24 fevral - 6 mart tarixləri arasında 11 mindən çox Rusiya əsgəri ölüb, 44 təyyarə, 48 helikopter, 285 tank, 985 zirehli texnika, 109 artilleriya sistemi, 447 avtomobil, 60 yanacaq çəni və 4 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Rusiyanın Ukraynada başladığı müharibə nəticəsində ölkədəki infrastruktur obyektləri ziyan görməkdədir. Ukraynanın Qaz Ötürmə Sistemi Operatoru (GTSOU) hücumlara görə Kiyev, Xarkov, Nikolayev, Zaporojya, Donetsk və Luqansk şəhərlərindəki 16 təbii qazpaylama stansiyasını bağlamaq məcburiyyətində qalıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə