BMT Ukraynada humanitar dəhlizlər açmağa çağırıb

BMT Ukraynada humanitar dəhlizlər açmağa çağırıb

BMT-nin baş katibi Antonio Quterreş Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı zonasında Mariupol, Xarkov, Sumı və digər şəhərlərdə humanitar dəhlizlərin yaradılmasına çağırıb.

SİA-nın Rusiya mediasından əldə etdiyi məlumata görə, “...mülki əhalinin Mariupol, Xarkov və Sumı, eləcə də münaqişənin əhatə etdiyi digər yerləri təhlükəsiz tərk etmələri üçün Ukraynada atəşkəs rejiminin yaradılması tamamilə zəruridir”, - deyə baş katib Twitter səhifəsində yazıb.

Qeyd edək ki, bundan əvvəl, dəqiq desək martın -də BMT Rusiya və Ukrayna arasında “sükut rejimi”nin tətbiqi və humanitar dəhlizlərin açılması imkanlarına dair razılaşmaları alqışlayıb.

...Eyni zamanda, bütün bunlarla yanaşı Quterreş Rusiya prezidenti Vladimir Putini qoşunları Ukraynadan çıxarmağa çağırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə