Ukrayna Prezidentinin Ofisi: Zelenski Putinlə birbaşa danışıqlara hazırdır

Ukrayna Prezidentinin Ofisi: Zelenski Putinlə birbaşa danışıqlara hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə birbaşa danışıqlara hazırdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Andrey Sibiqa telemarafon zamanı bildirib.

“Biz müharibənin dayandırılmasının və sülh danışıqlarının tərəfdarıyıq. Ukrayna Prezidenti isə Putinlə birbaşa danışıqlara hazırdır. O, gündəlikdəki hər hansı məsələ ilə bağlı danışmaqdan çəkinmir. Əlbəttə heç bir ultimatum olmadan və qətiyyətlə”, – Sibiqa vurğulayıb.

Daha əvvəl Ukrayna mətbuatı bildirib ki, Prezident Zelenski Rusiyanın dövlət başçısı ilə Türkiyədə danışıqlara razılaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com