Yanğın nəticəsində 22 ev yanıb

Yanğın nəticəsində 22 ev yanıb

Kaliforniyanın Santyaqo şəhərində palma bağında yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, güclü külək və quru hava şəraiti səbəbindən yanğın tezliklə böyüyüb. Ümumilikdə 6 hektar meşə sahəsini məhv edən yanğının söndürülməsi üçün yanğınsöndürənlər cəlb edilib. Santyaqo şəhərinin yerli hakimiyyət orqanlarından verilən açıqlamaya görə, 22 evin yanğında tamamilə yandığı, hadisədə can itkisinin olmadığı bildirilib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə