Makronla Putin arasında telefon danışığı olub

Makronla Putin arasında telefon danışığı olub

Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

SİA-nın məlumatına görə, bu barədə "BFM" telekanalı xəbər yayıb.

Məlumata əsasən, Ukraynadakı vəziyyətin müzakirə edildiyi telefon danışığı təxminən 1 saat 45 dəqiqə davam edib.

Qeyd edilir ki, bu, son 10 gün ərzində V.Putin və E.Makron arasında baş tutan artıq dördüncü telefon danışığıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə