Yaşayış binasında partlayış olub, ölənlər var

Yaşayış binasında partlayış olub, ölənlər var

İranda yaşayış binasında partlayış olub. SİA xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

Hadisə nəticəsində azı 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Partlayış ölkənin qərbindəki Lorestan əyalətində baş verib.

Agentliyin məlumatına görə, hadisə qaz sızması nəticəsində baş verib və təfərrüatları dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə