Rezin qoxusu verən "Juqilovski"nin ümidinə qalacağıq?

Heineken Rusiyaya pivə tədarükünü dayandırır
Rezin qoxusu verən "Juqilovski"nin ümidinə qalacağıq?

Hə, indi içərsiniz özünüzün rezin qoxusu verən "Juqilovski" pivənizi...

Ruslar üçün vəziyyətin belə "zaqar" vaxtında Hollandiyanın "Heineken" pivə konserni də Rusiyaya pivə ixracını dayandırmaq barədə qərar verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti məlumat yayıb. Amma deyim ki, sağ olsunlar. Belə ki, konsern Rusiya Federasiyası ərazisindəki fabrikləri bağlamağı hələ ki planlaşdırmır. Amma, deyim ki, ruslar üçün pivəyə "məhdudiyyət qoymaqda" heç də düz eləməyiblər.

Qeyd edək ki, Heineken 2002-ci ildən bəri Rusiya bazarında fəaliyyət göstərən ən böyük beynəlxalq pivə istehsalı şirkətidir. Amma xatırladaq ki, Heinekendən əvvəl Danimarkanın “Carlsberg” pivə şirkəti də ruslar üçün pivə göndərməkdən imtina etmişdilər.

Hələ bunlar bir yana, sən demə “Carlsberg” 2008-ci ildən bəri ən böyük səhmdarı olduğu Rusiyanın Baltika şirkətinə məhsulların ixracını da dayandırmaq barədə qərar qəbul edib.

Necə olursa, olsun,..istilər düşənə, yəni "pivə sezonu" başlayana qədər müharibəyə xitam vermək lazımdır. Yoxsa pivəsiz batarıq...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə