İsrail Prezidenti İsaak Hersoq martın 9-10-da Türkiyəyə rəsmi səfər edəcək.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə İsrail Prezidenti Administrasiyası məlumat yayıb.
Məlumata görə, Hersoq xanımı ilə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfər edəcək.
Ankarada Beştəpə iqamətgahında rəsmi mərasimlə qarşılanacaq Hersoq Ərdoğanla görüşəcək.
İsrailin Baş Nazirliyi və Xarici İşlər Nazirliyi ofislərinin koordinasiyası ilə təşkil ediləcək səfər zamanı iki lider müxtəlif ikitərəfli məsələləri, o cümlədən İsrail-Türkiyə münasibətlərini, dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi potensialını müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB