‘‘Ukraynada indiyәdәk ölәn vә yaralanan mülki şəxslərin sayı mini keçib’’

‘‘Ukraynada indiyәdәk ölәn vә yaralanan mülki şəxslərin sayı mini keçib’’

Ukraynada fevralın 24-dən bəri həlak olan və yaralanan mülki vәtәndaşların sayı min nәfәri keçib.

SİA xəbər verir ki, ötən gün Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında Rusiyanın Ukraynaya müdaxilәsi nәticәsindә indiyədək 331 mülki vətəndaşın həyatını itirdiyini bildirib.

24 fevral-3 mart tarixləri arasında ölən və yaralanan mülki vətəndaşların sayının 1006 nәfәrә yüksəldiyini bildirən Dujarrik 1,2 milyondan çox insanın ölkəni tərk etdiyini bildirib.

Ukrayna rəsmiləri ölənlərin sayının iki mindәn çox olduğunu bildirir.

Rusiya ilə Ukrayna arasında mülki vәtәndaşların tәxliyәsi üçün təhlükəsiz dəhlizin yaradılması ilә bağlı әldә olunan razılaşmanı alqışladıqlarını vurğulayan Dujarrik Ukraynanın bir sıra şəhərində günlərdir davam edən bombardmanlar nəticəsində infrastrukturun ciddi şəkildə zərәr gördüyünü bildirib.

Dujarrik qeyd edib ki, bankomatlarda pul qalmayıb və pul köçürmә әmәliyyatlarında problemlәr yaşanır.

Xatırladaq ki, Rusiya vә Ukrayna nümayәndә heyәtlәri bir araya gәlәrәk dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılması barədə razılıq əldə etmişdi.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə