Malinin mərkəzi hissəsindəki Mondoro şəhərində silahlıların hərbi qarnizona hücumu nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Malinin Müdafiə Nazirliyi açıqlama yayıb.
Qeyd edilir ki, terrorçuların hücumu zamanı daha 35 nəfər xəsarət alıb. Eyni zamanda hücum zamanı ordunun 7 hərbçisi itkin düşüb.
Hərbçilər 70 terrorçunu zərərsizləşdiriblər.
Yeri gəlmişkən, Mali Prezident Aparatından verilәn bәyanatda bildirilib ki, hadisә ilә bağlı ölkәdә üç günlük matәm elan edilib.
Əli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB