Rusiya ABŞ-dakı diplomatların təxliyəsi üçün təyyarə göndərilib

Rusiya ABŞ-dakı diplomatların təxliyəsi üçün təyyarə göndərilib

Xatırladaq ki, hələ bir müddət bundan əvvəl Amerika Birləşmiş Ştatları Rusiyanın BMT-dəki 12 diplomatını persona non qrata elan etmişdi. Beləliklə,

Rusiyalı diplomatları vətənə qaytarmaq üçün Vaşinqtona yollanan İl-96 tipli təyyarənin bir neçə saat sonra ABŞ-ın paytaxtına enəcəyi gözlənilir.

SİA-nın “Figaro”ya istinadən verdiyi xəbərə görə, təyyarə deportasiya olunan rusiyalı diplomatları və onların ailələrini Moskvaya gətirməlidir. Rəsmi Vaşinqton hava məkanını Rusiya təyyarələrinə bağlasa da, bu reys üçün xüsusi icazə verilib. Məqsəd təxliyə prosesini sürətləndirməkdir.

Rəsmi Vaşinqton BMT-də çalışan 12 rus diplomatı casusluqda ittiham edərək ölkədən çıxarıb. Rusiya XİN-in məlumatına görə, bu təşkilatda yüzdən çox rusiyalı diplomat işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə