Belarus kişilər ölkədən qaçır

Belarus kişilər ölkədən qaçır

Belarusda yararnan xof əhval-ruhiyyə kişilərin ölkədən qaçmasına təkan verib. Belə ki, onlar Ukrayna ilə müharibədə iştirak etməmək üçün ölkə xaricinə qaçırlar.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

Beləliklə, onun sözlərinə görə, Belarusda insanlar Lukaşenkonun Ukraynaya ordu göndərəcəyindən narahatdır.

“Bu məlumatlar Ukraynanın düşmən qüvvələrinə aktiv zərbələri ilə eyni vaxta təsadüf edir. Belə ki, bu gün Nikolayevdə Rusiya ordusunun genişmiqyaslı hücumunun qarşısı alınıb, 4 helikopteri vurulub və onların şəxsi heyəti ələ keçirilib.

Çerniqovda isə bir təyyarə vurulub, pilot hazırda sorğu-sual edilir”, – o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə