Solovyovun İtaliyada həbs edilən villası

Solovyovun İtaliyada həbs edilən villası

Mən bir müddət bundan əvvəl Vladimir Solovyovun "müharibə ilə bağlı keçirdiyi sarsıntıların" əsassız olmadığını deyəndə bunu nəzərdə tutub deyirdim. Budur, İtaliya hökuməti Rusiyanın Ukraynaya hücumlarına görə Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar çərçivəsində artıq beş rusiyalı milyarderin bu ölkədəki aktivlərinə həbs qoyub.

SİA rusdilli mediaya istinadən bu barədə İtaliya mətbuatının məlumat yaydığını bildirir.

Beləliklə verilən məlumata görə, ötən gün gecə Aİ-nin sanksiya siyahısında olan rusiyalı milyarder iş adamı Aleksey Mordaşovun İmperiya şəhərində 65 milyon avro dəyərində lüks “Lady M” yaxtası müsadirə edilib.

Daha sonra isə, bu siyahıya daha dörd rusiyalı əlavə edilib. Qeyd edək ki bunlara Oleq Savçenkonun Luka əyalətində 3 milyon avro dəyərində olan 17-ci əsrə aid “Lazzareschi” villası, Vladimir Solovyovun Komo şəhərindəki ümumi dəyəri 8 milyon olan mülkləri, Gennadi Timçenkonun Sanremoda 50 milyon avro dəyərində olan “Lena” yaxtası və Əlişir Usmanovun Sardiniya adasındakı 17 milyon avroluq daşınmaz əmlak kompleksi daxildir

Yeri gəlmişkən bildirək ki, İtaliyanın xarici işlər naziri Luici Di Maio da dünən axşam saatlarında açıqlama verərək, rus oliqarxlara məxsus təxminən 140 milyon avroluq aktivlərə əl qoymağa hazırlaşdıqlarını bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə