Rus qoşunları Enerqodar şəhərini tərk edib, maraqlıdır niyə?

Rus qoşunları Enerqodar şəhərini tərk edib, maraqlıdır niyə?

Rusiya qoşunları Ukraynanın Enerqodar şəhərini tərk edib, şəhərdə bütün hakimiyyət orqanlarına nəzarət bərpa olunub, yerli hökumətin başçısı yerindədir.

SİA bu barədə Ukrayna mediasına istinad edirək bildirir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının sədri Aleksandr Starux məlumat verib.

“Bu gün Melitopolda böyük mitinq gördük. İnsanlar hökumətyönlü mövqelərini nümayiş etdirirlər. Enerqodarda da hər şey qaydasındadır”, – o deyib.

Starux əlavə edib ki, ötən gecə Enerqodarda bəzi rus hərbçilər tərəfindən qarət faktları qeydə alınıb.

“Orada hər şey qarət olundu. Ya telefon üçün öldürdülər, ya da noutbukları oğurladılar. Çöldə noutbukun nə üçün lazım olduğu heç də aydın deyil”, – deyib.

Zaporojye AES-də vəziyyətlə bağlı hələlik məlumat verilmir.

SİA-nın əlavəsi: Yaşlı nəsil xatırlamış olar Sovetlər dönəmində bir çox iri şəhərlərə yaxın sənaye obyektli peyk şəhərciklər salınırdı. Xatırladaq ki, Azərbaycanda bu peyk şəhərlərə nümunə kimi Sumqayıt və Sahil qəsəbələrini göstərmək olar. 70-ci illərdə Ukraynanın Zaporojye şəhəri yaxınlığında salınan Enerqodar yaşayış məntəqəsi də peyk şəhər adını aımağa artıq 1985-ci ildə yaxınlaşmışdı. Deyim ki, hər şey Zaporojye Dövlət Dairə Elektrik Stansiyasının tikintisi ilə başlamışdı. Sonradan burada Atom Elektrik Stansiyası (Avropada ən böyük) və digər sənaye müəssisələri meydana gəldi.

Amma müəmma rusların Enerqodarı bu tezliklə tərk etmələri ilə bağlıdır. Görən, bu saatlarla yanan və sonradan söndürülən Atom Elektrik Stansiyasından gözlənilən təhlükə ilə bağlı deyil ki?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə