İrpində əhali təxliyə edilir

Rusiya ordusunun paytaxt Kiyevə doğru irəliləməsinin qarşısını almaq üçün Ukraynanın İrpin şəhərində mülki əhali partladılmış körpünün üzərindən təxliyə edilib. SİA xarici mətbuata istinadən bildirir ki, Rusiyanın Ukraynaya qarşı 10 günlük hücumlarında qadın və uşaqlar ölkəni tərk edir.

Paytaxt Kiyev yaxınlığındakı İrpin şəhəri güclü bombardmana məruz qalıb. Partlayış səslərinin də eşidildiyi İrpində bir çox bina yararsız hala düşüb. Gərgin döyüşlərdən sonra İrpində yaşayanlar təxliyə edilməyə başlayıb. Ukrayna əsgərlərinin nəzarəti altında onların təhlükəsizliyi təmin edilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə