Әfqanıstanda mәsciddә partlayış törәdilib, ölәnlәr var

Әfqanıstanda mәsciddә partlayış törәdilib, ölәnlәr var

Әfqanıstanın Paktiya vilayәtindәki mәscidlәrin birindә partlayış törәdilib.

SİA xarici mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barәdә Taliban rәhbәrliyinin Paktiya Polis İdarәsinin rәisi Mevlevi Keramet mәlumat verib. O, hadisәnin Dent Patan qәsәbәsindәki mәsciddә baş verdiyini deyib. Partlayış nәticәsindә iki nәfәr hәlak olub, 18 nәfәr dә yaralanıb.

Şahidlәr isә partlayış nәticәsindә üç nәfәrin öldüyünü, 20-dәn çox adamın da yaralandığını bildirib.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə