Zelenski NATO-nun qәrarına reaksiya göstәrib

Zelenski NATO-nun qәrarına reaksiya göstәrib

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Ukrayna səmasını bağlamamaq qərarına münasibәt bildirib.

SİA xarici mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir ki, NATO-nun sammitini ‘‘zәif vә qarışıq’’ adlandıran Vladimir Zelenski deyib: ‘‘Heç də hamının Avropa uğrunda azadlıq mübarizəsini bir nömrəli məqsəd hesab etmədiyini göstərən sammit. NATO ölkələrinin bütün kəşfiyyat qurumları Rusiyanın planlarını yaxşı bilirlər. Onlar da təsdiqlədilər ki, Rusiya hücumu davam etdirmək istəyir. Doqquz gündür ki, biz ağır müharibə görürük, şəhərlərimizi viran qoyur, insanlarımızı, uşaqlarımızı bombalayırlar’’.

Zelenski bildirib ki, NATO-nun bacardığı yeganə şey Ukrayna üçün 50 ton dizel yanacağını öz satınalma sistemi vasitəsilə ötürməkdir. Budapeşt Memorandumunu yandıra bilərsiniz.Amma bizim üçün o, artıq Rusiya qoşunlarının atəşində yandı.

‘‘NATO Ukrayna səmasını bağlamamaq barədə qərar verdi. Biz inanırıq - NATO ölkələri özləri belə bir rəvayət yaradıblar ki, guya Ukrayna səmasının bağlanması Rusiyanın NATO-ya qarşı birbaşa təcavüzünə səbəb olacaq’’,-deyә Ukrayna prezidenti vurğulayıb.

Vladimir Zelenski qeyd edib ki, bu gündən həlak olan bütün insanlar sizin ucbatınızdan öləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə