Rus ordusunun Xarkova hücumu 5 uşağın həyatına son qoyub

Rus ordusunun Xarkova hücumu 5 uşağın həyatına son qoyub

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə təşkil etdiyi hücumlarda 5-i uşaq, 122-si dә mülki vәtәndaş olmaqla 188 nəfər həyatını itirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Rusiya ordusunun şiddətli hücumlarına məruz qalan Ukraynanın Xarkov şәhәrinin meri İqor Terexov şəhərdəki əsgərlərin rus ordusuna ciddi müqavimət göstərdiyini vә düşmənin çox sayda itki verdiyini bildirib.

Bu arada Rusiya Müdafiə Nazirliyi Moskva vaxtı ilə saat 10:00-dan etibarən mülki əhalinin Mariupol və Volnovaxanı tərk etməsi üçün müvəqqəti atəşkəsin elan edilәcәyini açıqlayıb.

Bu arada ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi Rusiya prezidenti Vladimir Putinin strateji qüvvələrin, o cümlədən nüvə qüvvələrinin müharibәyә cәlb olunması ilə bağlı verdiyi göstәrişdәn sonra Rusiyanın nüvə qüvvələrinin yerləşdirilməsində heç bir dəyişikliyin olmadığını bildirib.

Fransa prezidenti Emmanuel Makron isə Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyi ilə bağlı narahatlığını ifadә edәrәk Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına mövzu ilә bağlı tәcili iclas keçirmәsi ilә әlaqәdar çağırış edib.

Belə ki, Yelisey sarayından verilən yazılı açıqlamada Makronun Rusiya qüvvələrinin nüvə obyektlərinə tәşkil etdiyi hücumları qınadığı qeyd olunub.

Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya vә Ukrayna nümayәndә heyәtlәri bir araya gәlәrәk dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılması barədə razılıq əldə etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə