Rusiyanın hava hücumundan müdafiə sistemləri ələ keçirilib

Rusiyanın hava hücumundan müdafiə sistemləri ələ keçirilib

Ukraynanın Nikolayev şəhərində çoxlu sayda Rusiya hava hücumundan müdafiə sistemi ələ keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın Ukraynaya hücumları davam edərkən Nikolayev şəhərində bir çox rus hava hücumundan müdafiə sistemi ələ keçirilib. Tunquska tipli hava hücumundan müdafiə sistemləri ukraynalılar tərəfindən yandırılarkən, yanan maşınların görüntüləri sosial mediada paylaşılıb.

Rusiya ordusunun hərbi əməliyyatlarının ilk günündə Ukrayna əsgərləri ruslardan alınan Nikolayev şəhərinin Kulbakino hava limanında əməliyyat keçirib. Əməliyyatdan sonra hava limanında rus əsgərlərinin böyük itki verdiyi bildirilib. Ukrayna əsgərləri tərəfindən ruslardan alınan hava limanında Ukrayna bayrağı sancılıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə