Türkiyə Pakistana başsağlığı verib

Türkiyə Pakistana başsağlığı verib

Türkiyə Pakistanın Hayber-Paxtunxva əyalətinin mərkəzi Peşəvərdə məscidə edilən bombalı hücumu pisləyib, həyatını itirənlərin yaxınlarına və Pakistana başsağlığı verib.

SİA-nın əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada dünən Pişəvərdə məscidə edilən bombalı hücum nəticəsində həyatını itirənlərin və yaralananların olduğu dərin hüznlə öyrənildiyi bildirilib.

Yaralılara şəfa diləklərinin yer aldığı açıqlamada "Bu mənfur terror aktını şiddətlə qınayır, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyir, dost və qardaş Pakistan hökumətinə və xalqına başsağlığı veririk” ifadəsindən istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə