Çeçen əsilli Çarnayevin edam cəzası bərpa edilib

Çeçen əsilli Çarnayevin edam cəzası bərpa edilib

2013-cü ildə ABŞ-ın Boston şəhərində terror aktı törətməkdə təqsirli bilinən Coxar Çarnayevin edam cəzası bərpa edilib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə “The Globe and Mail” məlumat yayıb.

ABŞ Ali Məhkəməsinin dünən qəbul etdiyi qərara əsasən, çeçen əsilli Coxar Çarnayevə verilən ölüm hökmü icra ediləcək.

Altı hakim ölüm hökmünün bərpasına, üç hakim isə ləğvetmənin saxlanmasına səs verib.

Bütün xəbərlər Facebook səhifəmizdə