KXDR-in buraxdığı ballistik raket 300 km məsafə qət edib

KXDR-in buraxdığı ballistik raket 300 km məsafə qət edib

Şimali Koreya şənbə günü bir ballistik raket buraxıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu jurnalistlərə Yaponiyanın müdafiə naziri Nobuo Kişi bildirib.

Nazir hazırda bununla bağlı məlumatın toplanaraq təhlil olunduğunu bildirib.

"Raketin maksimal uçuş hündürlüyü təxminən 550 km olub, o, təxminən 300 km məsafə qət edib və Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb, ərazidə Yapon gəmilərinə heç bir ziyan dəyməyib", - nazir bildirib.

Yaponiya müdafiə naziri vurğulayıb ki, KXDR-in raket buraxılışı BMT Təhlükəsizlik Şurasının hazırkı qətnamələrinin birbaşa pozulmasıdır və Pekindəki səfirlik vasitəsilə diplomatik kanallarla Şimali Koreya tərəfinə sərt etiraz bildirildiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə