Dövlət katibinin müavini Vendi Şermanın rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
SİA xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Bildirilir ki, Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi heyət ABŞ nümayəndələri ilə Ankarada ikitərəfli əlaqələrə dair müzakirələr aparacaqlar. Tərəflər, eyni zamanda, Ukraynadakı proseslər başda olmaqla beynəlxalq və regional məsələlər ətrafında da fikir mübadiləsi həyata keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB